Bakıda 65 yaşlı qadını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Elgün İbrahimovun məhkəməsi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hokum ilə E.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb
Elgün İbrahimova Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn yol nəqliyyat hadisəsini törətmə) maddəsi ilə ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.