61 yaşlı qadın evində ölü tapıldı
14 sentyabr 2013 18:40 (UTC +04:00)

61 yaşlı qadın evində ölü tapıldı

Bakı sakini evində ölü tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib.

Nazirliyin “112” qaynar telefon xəttinə mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü Yusifova Nataliya Nikolay qızının köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.  Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları kəsib və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış həkimlərin ilkin müayinəsi nəticəsində onun öldüyü müəyyənləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar