61 yaşlı kişini 4 kilo narkotiklə yaxaladılar
27 avqust 2019 09:52 (UTC +04:00)

61 yaşlı kişini 4 kilo narkotiklə yaxaladılar

0
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsədli kənd sakini, 61 yaşlı Tarıverdi İmanov saxlanılıb.
 
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 4 kiloqram olan qurudulmuş marixuana  aşkar edilərək götürülüb.
 
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar