61 yaşlı kişi qarajda intihar etdi
28 noyabr 2015 23:15 (UTC +04:00)

61 yaşlı kişi qarajda intihar etdi

0

Şəkidə 61 yaşlı kişi maşın qarajında intihar edib. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə noyabrın 28-i saat 15:45 radələrində Şəki şəhəri Sülh küçəsi ev 16 ünvanında qeydə alınıb. Şəki şəhər sakini 1954-cü il təvəllüdlü Yaşaq Əkbər oğlu Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə həyat yoldaşı Telli tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan işçilərinin apardıqları araşdırma zamanı 61 yaşlı Yaşaq Nəcəfovun intihar etməsi məlum olub.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar