5 saylı xəstəxananın baş həkimi vəfat etdi
25 sentyabr 2017 11:56 (UTC +04:00)

5 saylı xəstəxananın baş həkimi vəfat etdi

0

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.

 

APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib. 

 

Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

 

Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.

 

Z. Əsədovla bu gün günorta saat 15:00-də Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

 

 

Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar