Lerik rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mastail kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, bir otağının yanar konstruksiyaları 10 kv.m sahədə və damına yığılmış 1,5 ton ot bağlaması yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.