5 min alıb, 3 min qaytaran şəxsin məhkəməsi başlayıb
13 yanvar 2016 11:14 (UTC +04:00)

5 min alıb, 3 min qaytaran şəxsin məhkəməsi başlayıb

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Niyaməddin Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.

 

Qeyd edək ki, ötən il Bakı şəhər sakini Niyaməddin Hüseynov Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kəlbiyevdən 5 500 manat pul alıb. O, Ukraynada akademiyada oxuyan H.Kəlbiyevə onun təhsil haqqını ödəyəcəyini vəd edib. Lakin N.Hüseynov nazirlik əməkdaşının pulunun bir hissəsini -  3500 manatını geri qaytarmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Səlcuq Elçin

Oxşar yazılar