5 gün əvvəl ölən Səbinənin meyiti tapıldı
05 iyul 2017 11:33 (UTC +04:00)

5 gün əvvəl ölən Səbinənin meyiti tapıldı

 

Keçən həftənin cümə günü Hövsandakı çimərlikdə suda boğulan Səbinə Abıyevanın meyiti tapılıb. Lent.az xəbər verir ki, dalğalar gənc qızın meyitini Zirə qəsəbəsi yaxınlığında sahilə çıxarıb.

 

Qeyd edək ki, S.Abıyeva tanışı, 21 yaşlı Hüseyn Rəhimovla birgə dənizdə batmışdı. H.Rəhimovun meyiti həmin gün tapılaraq təhvil verilsə də qızdan xəbər tutmaq mümkün olmamışdı.

 

S.Abıyevanın nəşi dəfn edilməsi üçün Masallı rayonuna aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar