Bu gün Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kərimbəyli kənd sakini 50 yaşlı Piranə Hüseynova evində dəm qazından zəhərlənərək ölüb. Onun meyitini qohumları aşkarlayıblar və dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla əlaqədar araşdırmalar aparılır.