Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-də Yasamal rayonunun Tbilisi prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Niyazi Məmmədovun 500 manat və 700 ABŞ dollarını açıq talama yolu ilə alıblar.
Yasamal RPİ 29-cu PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakinləri Elməddin Əhmədov və Feyruz Rufullazadə tutulublar.