4 otaqlı fərdi yaşayış evi əşyaları ilə yandı
0
0
Goranboy rayonunun Zeynallı kəndində kənd sakini Arzu Qurbanova məxsus birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evi yanıb.
Lent.az-ın məlumatına görə, 196 kvadratmetr sahəsi olan ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin rayon Yanğından Mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
0
0