4 nəfəri gün vurdu, 1-i xəstəxanalıq oldu
05 iyul 2016 11:06 (UTC +04:00)

4 nəfəri gün vurdu, 1-i xəstəxanalıq oldu

 Son günlər Azərbaycanda havanın hərarətinin yüksəlməsi nəticəsində paytaxtda bu ilin ilk günvurma hadisələri qeydə alınıb.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, günvurma ilə bağlı son 2-3 gündə 4 nəfər təcili yardıma müraciət edib. Onlardan 1 nəfəri xəstəxanaya yerləşdirilib.

 

Müraciət edənlərin arasında bir neçə uşaq da var. Belə ki, iyulun 4-də 14 yaşlı uşaqla bağlı təcili yardıma müraciət daxil olub. Uşağa yerində tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

APA Baycan

Oxşar yazılar