Bakıda 45 yaşlı kişi özünü öldürüb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan, 45 yaşlı Nəcəf Xanquliyev yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.