Sumqayıtda qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 41-ci məhəllə ərazisində yerləşən yataqxanada qeydə alınıb.
Orada yaşayan, 1971-ci il təvəllüdlü Rauf Seyfulla oğlu Osmanov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bıçaqlaşmanın hansı şəraitdə baş verdiyi məlum deyil.
Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.