400 qoyunu mənimsəyən çobanlar məhkəmə zalında həbs edildi
30 yanvar 2017 11:49 (UTC +04:00)

400 qoyunu mənimsəyən çobanlar məhkəmə zalında həbs edildi

0

400- dən çox qoyunu mənimsəmədə təqsirləndirilən çobanların cinayət işi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əliş Abdulov və Mikayıl Əndəlifov barəsində 7 illik həbs cəzası təyin edilib və onlar məhkəmə zalında həbs edilib. Digər təqsirləndirilənlər - Seymur Zahidov, Cabir Nərimanov və Mirhüseyn Zayidov barəsində isə 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar fermer təsərrüfatına məxsus 400-dən çox qoyunu mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər barəsində istintaq dövründə, məhkəmə dövründə də həbs qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar