3 nəfərdən narkotik maddə tapıldı
09 mart 2013 15:34 (UTC +04:00)

3 nəfərdən narkotik maddə tapıldı

 

Bakı şəhərində 3 nəfərdə 5 kiloqrama yaxın narkotik maddə aşkarlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent. az-a verilən məlumata görə, tutulanlardan 2-si əvvəllər məhkum  olunub.

 

Bunlar paytaxt sakini Asif Qədirov, o biri isə əslən sabirabadlı Kamran İbrahimovdur. Asif Qədirovdan Bakının Yasamal massivində 450 qrama yaxın heroin və 3 kiloqram yarımdan artıq marixuana aşkar edilib. İbrahimovdan isə 7 qram, yaşadığı yataqxanadan isə 700 qramdan çox marixuana götürülüb.
 

Paytaxtın daha bir sakini Kamran Muradovdan 466 qram marixuana aşkarlanıb.

 

# 979
avatar

Oxşar yazılar