Astarada 3 mərtəbəli obyekt yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Pensər kəndində vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Hadisə zamanı 3-cü mərtəbədə yerləşən oteldən yanğınsöndürənlər tərəfindən 3 nəfər vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana və 3-cü mərtəbədə otel yanğından mühafizə olunub.
Yanğın tamamilə söndürülüb.