Oğurluq etmiş Astara rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Raqim Abıyevin evindən 30000 rubl (480 manat) və 30000 manat dəyərində qızıl əşyalar oğurlamış Astara rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyev tutulub.
Araşdırma davam etdirilir.