Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asyaxanım Hüseynova, Sevinc Əliyeva və Könül Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hər 3 qadının anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Könül Əliyevanın vəkili müdafiə etdiyi şəxslə bağlı cinayət işinə xitam verilməsi ilə əlaqədar vəsatət verib. Vəsatət təmin edilməyib. Məhkəmə baxışı aprelin 15-ə təyin edilib.
Qeyd edək ki, ittihama görə, hər 3 qadın qızıl alverçisini aldadaraq ona saxta qızıl veriblər. Bunun müqabilində onlar 300 min manatdan artıq pul alıblar. Zərərçəkən qızılların saxta olmasını bildikdən sonra polisə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 178.3. 2( dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham edilib. Qadınlardan Asyaxanım Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilib. Digər iki qadınla bağlı heç yerə getməmək bağlı intizam qərarı seçilib.