300 min manatlıq dələduzluq edən şəxsə 9 il həbs verildi
24 noyabr 2015 12:54 (UTC +04:00)

300 min manatlıq dələduzluq edən şəxsə 9 il həbs verildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Daha sonra Ə.Cəfərovaya sön söz verilib. O, özünü təqsirli bilməyərək barəsində barəət hökmünün çıxarılmasını xahiş edib:  "Fəxrəddin Sultanovun qurbanı olmuşam. İlkin istintaq zamanı üzləşmə düzgün aparılmadı. Özümü təqsirli hesab etmirəm. Məhkəmədən mənə bəraət verilməsini xahiş edirəm". 

 

Məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmənin hökmü ilə Ə.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ə.Cəfərov 2009-cu ildən "Araz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 271 min 402 manat dəyərində malını mağazalara sataraq, pulunu mənimsəyib. Ə.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

# 194
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda qadın sürücü  həmcinsini öldürdü

Bakıda qadın sürücü həmcinsini öldürdü

29 may 2024 , 09:46
Masazırda avtobus qadını vurub öldürdü

Masazırda avtobus qadını vurub öldürdü

29 may 2024 , 09:20
Rusiyada ticarət mərkəzində azərbaycanlılar arasında dava olub

Rusiyada ticarət mərkəzində azərbaycanlılar arasında dava olub

28 may 2024 , 21:55
Gəncədə  DƏHŞƏT:   özünü yandıran gənc öldü

Gəncədə DƏHŞƏT: özünü yandıran gənc öldü

28 may 2024 , 20:24
İllər əvvəl həbs olunan baş redaktor yenə tutuldu

İllər əvvəl həbs olunan baş redaktor yenə tutuldu

28 may 2024 , 19:12
Polis mayoru  rüşvət alanda saxlanıldı

Polis mayoru rüşvət alanda saxlanıldı

28 may 2024 , 18:07
Tovuzda su anbarında batan şəxsin meyiti tapıldı

Tovuzda su anbarında batan şəxsin meyiti tapıldı

28 may 2024 , 17:49
Tələbəni yaddaşını itirənə qədər döydülər

Tələbəni yaddaşını itirənə qədər döydülər

28 may 2024 , 15:57