2 sot torpağa görə məhkəmə zalında həbs edildi
03 aprel 2017 11:16 (UTC +04:00)

2 sot torpağa görə məhkəmə zalında həbs edildi

0

 

Dələduzluqda təqsirləndirilən Rəsmiyyə Musayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Təqsirləndirilən şəxs hakimlər kollegiyasının hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək həbs-qətimkan tədbiri ilə əvəzlənib və məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, R.Musayeva Bakı şəhər sakini Səməd Hüseynova qa etibarın sui-istifadə edərək, S.Hüseynova Xətai rayonunda 2.5 sot torpağı satacağını deyib. R.Musayeva hissə-hissə S.Hüseynovdan ümumilikdə 15 min manat pul alıb, lakin sonradan verdiyi vədə əməl etməyib. S.Hüseynovun şikayətindən sonra R.Musayeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 597

Oxşar yazılar