Mayın 17-nə keçən gecə Sumqayıt şəhərində gənc oğlan intihara cəhd edib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Amilov Vüqar Sərdar oğlu 16 mərtəbəli binanın damına çıxıb və özünü atmağa cəhd göstərib. Binanın ətrafına yüzlərlə sakin toplaşıb. gənc oğlanın ailə üzvləri, dostları onu dilə tutmağa çalışıb. Nəhayət, hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihara cəhd göstərən şəxsi binanın damından endirib və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib.
Yaxınlarının bildirdiyinə görə, V.Amilov bir neçə il əvvəl ailə həyatı qurub. Onun intihar etmək istəməsinin səbəbi də ailədə yaranmış söz-söhbətlər olub.