21 yaşlı gənc Kürdə batdı
23 iyul 2014 16:48 (UTC +04:00)

21 yaşlı gənc Kürdə batdı

Salyanda daha bir nəfər Kürdə batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Salyan rayonu Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov batıb.

 

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

 

Qeyd edək ki, son 10 gündə Salyanda 4 nəfər Kürdə boğulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar