Avqustun 19-da axşam saatlarında Bakı bulvarında gənc qız özünü dənizə atıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 20-25 yaşlı qız Saat qülləsinin yanında intihar məqsədi ilə özünü dənizə atıb. Hadisə yerində bulvarın mühafizəçiləri və polislər, eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Gənc qız ağır vəziyyətdə xilas edilərək xəstəxanaya aparılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, özünü öldürmək istəyən qız 1993-cü il təvəllüdlü Əliyeva Zümrüd Firudin qızıdır. Onun nə səbəbdən intihar etmək istəməsi araşdırılır.
Qeyd edək ki, hadisə zamanı gənc qızın özünü atdığı yerin ətrafına xeyli insan toplaşıb.