20 yaşlı oğlanı öldürüb qaçdılar
25 dekabr 2012 11:45 (UTC +04:00)

20 yaşlı oğlanı öldürüb qaçdılar

Dekabrın 24-də Tovuz rayonunda yol kənarından gənc oğlanın meyiti tapılıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qovlar-ağbaş yolunun 1-ci kilometrliyində meyiti tapılmış şəxsin 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Nəbi oğlu olması müəyynləşib. O da bəlli olub ki, naməlum avtomobil O.İsgəndərovu vurub və yaralıya kömək etmədən ərazidən uzaqlaşıb. Ağır bədən xəsarətləri almış gənc isə hadisə yerindəcə keçinib.

 

Hazırda hadisəni törətmiş şəxs və onun idarə etdiyi avtomobilin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2311

Oxşar yazılar