20-dən çox vətəndaşı bıçaqla qorxudub soyan şəxs ifadə verdi
14 aprel 2015 13:18 (UTC +04:00)

20-dən çox vətəndaşı bıçaqla qorxudub soyan şəxs ifadə verdi

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda iittiham olunan 1988-ci il təvəllüdlü Süleyman Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Süleyman Əsgərov, həmçinin, zərərçəkmişlər və hal şahidləri ifadə verib. Məhkəmə aprelin 21-də davam edəcək.

 

İttihama görə, Süleyman Əsgərov Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş.

O, quldurluq yolu ilə əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün narkotik vasitələrə xərcləyib. Süleyman məhz narkotik maddələrə olan tələbatı səbəbindən bu cinayətləri törətdiyini deyib. Süleyman Əsgərov ifadəsi zamanı son 2 ay ərzində təxminən 20-yə yaxın vətəndaşa hədə-qorxu gələrək pulunu mənimsədiyini etiraf edib. Süleyman Əsgərov əvvəllərdə oğurluq və quldurluq cinayətləri törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 102
avatar

Səlcuq Elçin

Oxşar yazılar