“Xəzər Lənkəran”ın futbolçusu Etame Mbilla son 4 ildə ən yüksək məhsuldarlığa imza atıb. Lent.az-ın məlumatına görə, kamerunlu hücumçu cari mövsüm Topaz Premyer Liqasında vurduğu qolların sayını 9-a çatdırıb.
O, XXIX turun “Qəbələ” ilə oyununda komandasına minimal hesablı qələbə qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, sonuncu dəfə “Xəzər Lənkəran”ın 9 və daha çox qol vuran oyunçusu buna 2009/2010-cu il mövsümündə nail olub. Bütün yarışları nəzərə almaqla, Etame Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir:
Mövsüm |
Futbolçu |
Qol |
Oyun |
2004/05 |
Oqtay Dərəlioğlu |
17 |
21 |
2004/05 |
Samir Əliyev |
20 |
31 |
2006/07 |
Zaur Ramazanov |
20 |
24 |
2007/08 |
Zaur Ramazanov |
11 |
25 |
2008/09 |
İvan Tsvetkov |
15 |
21 |
2009/10 |
Allan Lalin |
9 |
27 |
2009/10 |
Mario Souza |
9 |
28 |
2013/14 |
Etame Mbilla |
9 |
25 |