
19 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıldı
Qubada 19 yaşlı oğlanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, rayon Polis Şöbəsində hadisəni törədən sürücü Vaqif Mamadova Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələn yol-nəqliyyat) maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, rayonun Hacıhüseyli kəndində Əliməmmədoba kəndi sakini, 2000-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə təqsirli bilinən Xaçmaz rayon sakini Vaqif Mamadov saxlanılıb.
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25