Bərdədə 16 yaşlı yeniyetmə göldə boğulub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə şəhər sakini 2000- ci il təvəllüdlü Məmmədli İlkin Elxan oğlu rayonun Darğalar kəndində Kür gölündə çimərkən boğulub.
Gəncin sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.