16 min manata görə 8 il həbsdə qalacaq
29 yanvar 2016 12:10 (UTC +04:00)

16 min manata görə 8 il həbsdə qalacaq

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Tamerlan Talıbovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Tamerlan Talıbov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək  ki, Tamerlan Talıbov Bakı şəhər sakinin etimadını qazanaraq ondan 16 min manat pul alıb. O, zərərçəkənə ev alacağını vəd etsə də, bunu etməyib. Tamerlan Talıbova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Səlcuq Elçin

Oxşar yazılar