15 bıçaq zərbəsi ilə qadını öldürən qatil şikayət edib
30 mart 2016 10:14 (UTC +04:00)

15 bıçaq zərbəsi ilə qadını öldürən qatil şikayət edib

 

 

Bakı Apellyasiya Məhkəməsində qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirləndirilən Əmri Süleymanov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, onun şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.

 

 

Qeyd edək ki, hadisə keçən il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsində, dəniz qırağında Oğuz rayonunda qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, X.Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub. Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Ə.Süleymanov Rusiyanın paytaxtı Moskvada qatardan düşən kimi saxlanılıb. Daha sonra Rusiya hüquq-mühafizə orqanları X.Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Səlcuq Elçin

Oxşar yazılar