Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri 10 nəfəri batmaq təhlükəsindən xilas ediblər, bir nəfərin isə cəsədini çıxarıblar.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakının Sabunçu və Xəzər rayonlarında batmaq təhlükəsi ilə üzləşmiş 10 nəfər xilas edilib.
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki nəzarətsiz ərazidə isə 1970-ci il təvəllüdlü Qarakişiyev Mehdi Nemət oğlu batıb. Bu barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olandan sonra qurumun Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub, axtarışlara başlanılıb.
M. Qarakişiyevin cəsədi batdığı yerdən tapılaraq sudan çıxarılıb.