10723 ədəd pirotexniki vasitələr aşkar edilib
26 dekabr 2015 14:37 (UTC +04:00)

10723 ədəd pirotexniki vasitələr aşkar edilib

Səyyar ticarətlə məşğul olan 4 nəfərdən ümumilikdə 10723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilib.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Sabunçu, Nəsimi, Binəqədi və Qaradağ rayonları ərazilərində səyyar ticarətlə məşğul olan - Əziz Mehrəliyevdən, Zakir Abdullayevdən, Kərim Əhmədovdan və Gülağa Rəhimovdan ümumilikdə 10723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309

Oxşar yazılar