Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamal Əhmədov və Mansur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Mansur Əhmədov 7 il 6 ay, Kamal Əhmədova isə 7 il müddətinə şərti cəza verilib. Onlar barəsində 2 il sınaq müddəti seçilib. Hər ikisi məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakininin etimadını qazanaraq ondan 100 min manat alaraq dələduzluq ediblər. Əhmədovlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddələri ilə ittiham ediliblər.
Onu da qeyd edək ki, məhkəmə dövründə zərərçəkən şəxsə dəymiş ziyan ödənilib və şikayətçi olunmayıb.