100 manatlıq saxta pulla alver etdi
15 dekabr 2015 13:00 (UTC +04:00)

100 manatlıq saxta pulla alver etdi

Masallıda saxta pulla alver edən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyininsaytına istinadən xəbər verir ki, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

 

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar