Külli miqdarda dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault Magnum” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı avtomobilin saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 490 ədəd tablet, 250 kapsul və 13 qutu müxtəlif markalı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gömrükdə tapılan dərmanlar