Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı
03 fevral 2021 11:49 (UTC +04:00)

Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı

Rusiyadan "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib

Dövlət Gömrükl Komitəsindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1300 həb, 120 flakon dərman preparatları və 175 ədəd tibbi şam aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar