Şabranda oğurluğa cəhd edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları Şabran dəmir yolu stansiyası ərazisindən oğurlamağa cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğa cəhd edən oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıblar.
Araşdırma aparılır.