Azərbaycana gizli dərman gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn, Azərbaycan vətəndaşlarının idarə etdikləri 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.
Gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməyən 17529 həb, 2 sprey, 65 flakon, 20 ampula və 16 ədəd olmaqla 57 adda müxtəlif markalı dərman vasitələri aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.