Xanım sərnişinə əxlaqsız təkliflər edən  sürücü tutuldu
02 fevral 2026 16:15 (UTC +04:00)

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü tutuldu

0

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Saatlı rayonu ərazisində baş verib.

Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar