Xalq artisti Ramiz Məmmədov
21 mart 2021 16:29 (UTC +04:00)

Xalq artisti Ramiz Məmmədov

Xalq artisti vəfat etdi

Xalq artisti Ramiz Məmmədov vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova-Rüstəmova məlumat verib.

O, aktyorun bu gün günorta saatlarında vəfat etdiyini bildirib. 

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Ramiz Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alıb. 

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib. 

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb. 

2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3903
avatar

Oxşar yazılar