Bakıda piyadavurma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə gecə 0:30-da Səbail rayonu 20-ci Sahə, Salyan yolunda baş verib. 22 yaşlı Musayev Əlibala Ələddin oğlu xalası oğluna məxsus "Hyundai Satan Fe" markalı avtomobillə yolu keçən 53 yaşlı Əskərov Cahid Cavid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.