Bakının Suraxanı rayonunda ailə-məişət zəminində dava düşüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Ağayeva Xanım Balağa qızı bacısının qızları, 1993-cü il təvəllüdlü G.Qasımova və 1991-ci il təvəllüdlü N.Ağayevanı döyüb. Hər iki zərərçəkən bədənin və üzün müxtəlif nahiyələrinin cırılmış və əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.