Xaçmazda itkin düşən qardaşlar tapıldı -  YENİLƏNİB
22 aprel 2023 18:42 (UTC +04:00)

Xaçmazda itkin düşən qardaşlar tapıldı - YENİLƏNİB

0

Xaçmazda itkin düşən qardaşlar tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

***

11:00

Daxili İşlər Nazirliyi Xaçmazda itkin düşən yeniyetmələrlə bağlı məlumat yayılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov  və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***
Saat: 09:50

Xaçmazda iki azyaşlı itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, Nicat və Kənan adlı iki azyaşlı qardaş aprelin 19-da Xaçmazda yerləşən 9 nömrəli məktəbdən çıxaraq itkin düşüblər.

Onları görənlərdən (055) və ya (070)234-50-30 mobil nömrəsinə zəng vurmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8858

Oxşar yazılar