Xaçmazda "Hyundai" hasara girdi
05 iyun 2024 00:21 (UTC +04:00)

Xaçmazda "Hyundai" hasara girdi

Xaçmazda yol ayrıcında qəza baş verib, xəsarət alanlar var.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə A. Ələsgər küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Kərimov Ceyhun Ehtiram oğlu idarə etdiyi "Hyundai-Avante" markalı minik avtomobili ilə hərəkətdə olarkən yol ayrıcında gözləmədən hərəkətdə olan 1956-cı il təvəllüdlü Hacıyev Hacıgül Abgül oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobilinə çırpılıb. 

Zərbənin təsirindən "VAZ-21099" yol kənarındakı səki ilə hərəkət edən piyada 1956-cı il təvəllüdlü Balayev Telman Zabit oğlunu vurub.

"Hyundai-Avante" isə yaşayış evinin hasarın dağıdıb. Nəticədə ağır xəsarət alan 2 nəfər  xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar