Xaçmazda gözləri görməyən qadın 1 aydır YOXA ÇIXIB  - FOTO
28 avqust 2023 12:07 (UTC +04:00)

Xaçmazda gözləri görməyən qadın 1 aydır YOXA ÇIXIB - FOTO

Xaçmazda qadın itkin düşüb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova 2023-cü il iyulun 18-i axşam saatlarında evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar