Xaçmaz yollarında təhlükə saçan "avtoş"   həbs edildi - VİDEO
27 oktyabr 2025 10:36 (UTC +04:00)

Xaçmaz yollarında təhlükə saçan "avtoş" həbs edildi - VİDEO

0

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Lent.az xəbər verir ki, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar