Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
Lent.az bildirir ki, APA həmin əmlakların siyahısını əldə edib. İstintaq orqanının həbs qoyduğu əmlakların siyahısını təqdim edir:
Bakı şəhərində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, keçmiş icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək.