Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub.
Lent.az xəbər verir ki, nazir, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Qubadlı rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilib. O, digər əmrlə Qobustan rayon Polis Şöbəsinə rəis təyin olunub.
Həmçinin Siyəzən rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov Qubadlı rayon Polis Şöbəsinə rəis təyin edilib.