Vilayət Eyvazovdan ƏMR  - generalın yerinə təyinat
18 yanvar 2022 09:40 (UTC +04:00)

Vilayət Eyvazovdan ƏMR - generalın yerinə təyinat

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Lent.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi təyin edilib.

Təyinatı nazirliyin mətbuat xidməti Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, DİN Katibliyinin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3400

Oxşar yazılar